IMG-LOGO

İmişlidə yanan evdə meyiti tapılan kişini öldürməkdə şübhəli bilinən qadın saxlanıldı

27 Jan 2026 19:35 5 baxış
IMG
1 0

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, ilkin yoxlama zamanı meyitin 69 yaşlı Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 47 yaşlı Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq davam edir.

Hadisələr

Xəbər lenti