Tambov vilayətində 17 yaşlı qız yeniyetmələrdən ibarət mütəşəkkil cinayətkar qrup yaradıb. Dəstənin üzvləri tələbələrə və məktəblilərə hücum edir, onları döyür və bütün prosesi lentə alıb internetdə yerləşdirirlər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, dəstənin ilhamvericisi və lideri 17 yaşlı hüquq kollecinin tələbəsi olub. Mütəşəkkil cinayətkar dəstənin sayı on nəfərə qədərdir, onların əksəriyyəti imkansız ailələrin uşaqlarıdır.
Bir həftə ərzində ən azı beş nəfər dəstənin əməllərindən əziyyət çəkib. Onlardan biri hamilə qadındır.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xuliqanlıq) cinayət işi açılıb.