IMG-LOGO

Bakıda evdən meyit tapıldı

27 Jan 2026 16:15 4 baxış
IMG
0 0

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Xəbər lenti