IMG-LOGO

Bakıda kişi arvadına görə dayısı oğlunu küçədə döydü

27 Jan 2026 13:11 3 baxış
IMG
0 0

Bakıda qısqanc kişi küçədə dayısı oğlunu döyüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa-Zabrat yolunun kənarında qeydə alınıb.

35 yaşlı Firudin Ələkbərli (ad və soyad şərtidir) arvadını dayısı oğluna qısqandığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Firudin dayısı oğlunun sifətinə yumruqla zərbə vuraraq, onu yerə yıxıb. Nəticədə zərərçəkən sifət nahiyəsindən xəsarətlər alıb.

Bu əməlinə görə, F. Ələkbərli saxlanılıb və barəsində cinayət işi açılıb.

Hər iki tərəf ifadələrində dəymiş ziyanın ödənildiyini və barışdıqlarını deyərək, məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyiblər.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ələkbərli məsuliyyətdən azad olunub.

Hadisələr

Xəbər lenti