Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, rayonun İrmaşlı kənd sakini 34 yaşlı Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 35 yaşlı Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2110"un sürücüsü ölüb, sərnişini 6 yaşlı Adəm Rüstəmli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr