IMG-LOGO

Bakıda obyekt yandı - VİDEO

27 Jan 2026 04:11 3 baxış
IMG
1 0

Paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb. Lent.az APA-a istinadən xəbər verir ki, yanğın Əhməd Rəcəbli küçəsi 210 ünvanında yerləşən obyektlərdən birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.

bakı obyek yanğın

Xəbər lenti