Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 64 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Report"un məlumatına görə, 1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun