IMG-LOGO

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı

26 Jan 2026 20:52 3 baxış
IMG
3 0

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

Lent.az xəbər verir ki, bu barədə Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında paylaşım edilib.

“Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib”, - deyə paylaşımda bildirilib.

bakı ana uşaq gözəllik salonu

Xəbər lenti