IMG-LOGO

Bakıda Özbəkistan Universitetlərinin II Təhsil Sərgisi keçiriləcək

26 Jan 2026 19:20 4 baxış
IMG

Bakıda Özbəkistan Universitetlərinin II Təhsil Sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.

Sərgidə Özbəkistanın 15-dən artıq özəl və dövlət universitetinin və ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.

Özbəkistandan gələn qonaqlar yanvarın 30-da Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı elmi mühitlə tanış olacaqlar.

Tədbirdə Azərbaycanın ictimai-siyasi mühitinin nümayəndələri, o cümlədən deputatlar, ictimai və elm xadimləri, ziyalılar, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.

"Crossmedia" portalı sərginin media tərəfdaşıdır.

Tədbir yanvarın 31-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu.

Xəbər lenti