Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, M.Əzizbəyov küçəsində qeydə alınıb.
İsmayıllı rayon sakini 42 yaşlı Kamran Şərifovun meyitini adı çəkilən küçədə yoldan keçənlər tapıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir. K. Şərifovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Araşdırma aparılır.
Hadisələr Bakıda meyit tapıldı