IMG-LOGO

Sumqayıtda avtomobil təmiri sexi yanır

26 Jan 2026 16:55 3 baxış
IMG

Sumqayıt şəhərindəki avtomobil təmiri sexlərindən birində yanğın başlayıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Yanğın sexlə bitişik olan kafeyə də keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Xəbər lenti