İtaliyanın "Kremoneze" klubu A Seriyasının digər təmsilçisi "Sassuolo" ilə səfər oyunundan (0:1) sonra qapıçı Emil Auderonu stadionda qoyub gedib.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, təcrübəli qolkiper matçdan sonra müsahibə verdiyi və həmkarları ilə söhbət etdiyi üçün yubanıb.
Bu müddət ərzində komandanı daşıyan nəqliyyat vasitəsi arenanı tərk edib. Hadisədən sonra klub rəhbərliyi 29 yaşlı oyunçu üçün xüsusi avtomobil sifariş verib. E.Audero həmin maşınla Kremonaya yollanaraq kollektivə qoşulub.
Qeyd edək ki, Emil Audero cari mövsümdə "Kremoneze"nin heyətində müxtəlif turnirlərdə 19 matça çıxıb və qapısında 22 qol görüb.