IMG-LOGO

"UTair" aviaşirkətinin Moskva–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib

26 Jan 2026 12:45 4 baxış
IMG

Rusiyanın "UTair" aviaşirkətinin Moskva–Gəncə istiqamətində həyata keçirdiyi UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.

Bu barədə "Report"a hava limanından məlumat verilib.

Bildirlib ki, "Boeing 737" tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Bakı aeroportuna təhlükəsiz eniş edib. Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərarı hava şəraitindən asılı olaraq "UTair" verəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün zəruri əməliyyat prosedurlarını operativ şəkildə icra edib.

Xəbər lenti