Bakıda hoteldə qətl hadisəsi törədilib.
"Report" xəbər verir ki, Xətai rayonunda yerləşən "Boulevard Hotel"də ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov saxlanılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.