IMG-LOGO

İdmançının qabırğalarını sındırdılar, evə çatıb öldü

24.01.2024 17:27 64 baxış
IMG

Naməlum şəxslər Sverdlovsk vilayətinin sakininə hücum ediblər. O, evə çata bilsə də, bir neçə saat sonra dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, yanvarın 19-da Pervouralskda avtobus dayanacağında silahlı şəxslər bir nəfəri döyüblər. O, tamamilə qan içində evə gəlib. Onun bıçaq xəsarətləri və iki qabırğası sınıb. Yaralı bir-iki saat sonra ölüb.

Mərhumun arvadı ərinin qol güləşi sayəsində güclü bədən quruluşuna malik olduğunu deyib. O, niyə cinayətkarlarla mübarizə apara bilmədiyini başa düşmür. Bununla belə, həmkarları kişinin spirtli içki ilə bağlı problemləri olduğunu bildiriblər. Məlumata görə. mərhum kişi yeni ildən sonra işə getməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qətl) cinayət işi açıb.

Xəbər lenti