IMG-LOGO

Brunu Fernandeş Ueyn Runinin rekordunu təkrarlayıb

26 Jan 2026 10:24 2 baxış
IMG

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasının XXIII turunda "Arsenal"la keçirilən səfər oyununda (3:2) məhsuldar ötürmə etməklə Ueyn Runinin rekorduna şərik çıxıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun Patrik Dorquya ötürməsi onun cari mövsümdə Premyer Liqada 10-cu assisti olub.

Bununla da B.Fernandeş Mançester klubunun heyətində ardıcıl iki mövsümdə 10 və daha çox məhsuldar ötürmə edən ikinci futbolçu olub. O, ötən mövsümdə də 36 matçda 10 assistlə yadda qalmışdı.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın heyətində buna qədər sonuncu dəfə Ueyn Runi (2012/2013 və 2013/2014) ardıcıl iki mövsüm 10 və daha çox məhsuldar ötürmə həddinə çatıb.

Xəbər lenti