Azərbaycanda iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb.
"Report" xəbər verir ki, Şirvan şəhərində yanvarın 24-ü saat 19 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Sabunçu rayonunda yanvarın 24-ü saat 03 radələrində Kürdəxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sevinc Gündüz qızı Mahmudova da yaşadığı evin hamam otağında dəm qazından vəfat edib.
Sabunçu rayonu yanvarın 25-i saat 05 radələrində Zabrat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Sənay Eldar qızı İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.