IMG-LOGO

Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü - TƏFƏRRÜAT -FOTO -YENİLƏNİB

26 Jan 2026 10:20 3 baxış
IMG
0 1

Bakıda baş verən faciə ilə bağlı yeni məlumatlar yayılıb.

Lent.az Trend-ə istinadən xəbər verir ki, bu barədə faciə baş verən ailənin yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib.

Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

 

***

10:04

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. 

Sabunçu rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hadisələr

Xəbər lenti