"Şalke 04" klubunun hücumçusu Edin Ceko Almaniya II Bundesliqasında "Kayzerslautern"lə keçirilən oyunda (2:2) fərqlənməklə turnir tarixinə ən yaşlı qol müəllifi kimi düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bosniyalı forvard bu nailiyyətə debüt matçında imza atıb.
Qol vurduğu anda 39 yaş, 10 ay və 8 günlüyündə olan E.Ceko Helmut Hallerin rekordunu yeniləyib. 1979-cu ilin fevralından bəri qüvvədə olan əvvəlki rekordçu təxminən üç ay daha gənc olub.
Qeyd edək ki, Edin Ceko "Şalke 04" klubuna azad agent statusu ilə keçib və cari mövsümün sonuna qədər Helzenkirhen təmsilçisinin formasını geyinəcək.