IMG-LOGO

"Latsio" Paolo Maldininin oğlunu transfer edir

26 Jan 2026 09:51 3 baxış
IMG

İtaliyanın "Latsio" klubu A Seriyasının digər təmsilçisi "Atalanta"da forma geyinən Daniel Maldinini transfer etmək üzrədir.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, paytaxt təmsilçisi əfsanəvi italiyalı müdafiəçi Paolo Maldininin 24 yaşlı oğlunu satınalma hüququ ilə icarəyə götürəcək.

Yarımmüdafiəçi 2025/2026 mövsümündə Berqamo klubunun heyətində bütün turnirlərdə 11 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti