IMG-LOGO

Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alan var

26 Jan 2026 08:11 3 baxış
IMG

Qəbələdə ağır yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişin, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti