Keçmiş ispan futbolçu Eneko Fernandes “Saraqosa”da keçmiş komanda yoldaşı və “Real”ın hazırkı məşqçisi Alvaro Arbeloa haqqında mübahisəli bir açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Arbeloanın “Atletiko”nun sadiq azarkeşi olduğunu söyləyib.
Fernandez deyib: "O, məndən bir yaş böyükdür, böyüklər komandasında oynayıb, amma birlikdə məşq etmişik, bir neçə oyun keçirmişik və onunla orada tanış olmuşam. Maraqlıdır ki, o, o dövrdə “Atletiko” azarkeşi idi.
Hər kəs onun “Atletiko” formasını geyindiyi şəkillərini görüb; bu, onun haqqında ən çox xatırladığım şeylərdən biridir”.
Eneko Fernandes keçmiş futbolçu Alvaro Arbeloa "Real" baş məşqçi