IMG-LOGO

KİV: "Liverpul" baş məşqçi postuna Xabi Alonsonu gətirmək istəyir

25 Jan 2026 16:39 5 baxış
IMG

İngiltərə təmsilçisi "Liverpul" baş məşqçi postuna Xabi Alonsonu gətirmək istəyir.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi mümkün baş məşqçi dəyişikliyi ilə bağlı ispaniyalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb və onun komandanı çalışdırmağa hazır olub-olmadığını öyrənib.

Alonsonun sözügedən təklifə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis bu ay "Real"dan (Madrid, İspaniya) ayrılıb. Onun rəhbərliyi altında "Kral klubu" 34 oyunda 24 qələbə qazanıb və 2025-ci il FIFA Klublararası Dünya Çempionatının finalına yüksəlib.

Xəbər lenti