IMG-LOGO

Sumqayıtda sürücü sükan arxasında ölüb

25 Jan 2026 10:32 4 baxış
IMG

Sumqayıtda sürücü sükan arxasında ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedese" markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti