IMG-LOGO

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldı

25 Jan 2026 10:24 4 baxış
IMG
0 0

Cəlilabadda evdən meyit tapılıb.

Rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.

Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.

Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı.

3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA

Hadisələr

Xəbər lenti