IMG-LOGO

Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

25 Jan 2026 09:13 4 baxış
IMG

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti