IMG-LOGO

UFC-də bonuslar ikiqat artırıldı

25 Jan 2026 04:04 3 baxış
IMG
0 0

UFC qarışıq döyüş növləri təşkilatının prezidenti Dana Uayt "Gecənin döyüşü" və "Gecənin performansı" hesab olunan döyüşlər üçün bonusların artırıldığını elan edib.

Lent.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, bundan sonra bonuslar ikiqat artaraq 50 000 dollardan 100 000 dollara çatacaq.

Bundan əlavə, bu gecə baş tutacaq UFC 324-dən başlayaraq əlavə bonus tətbiq olunacaq. Belə ki, vaxtından əvvəl qələbə qazanan hər bir döyüşçü əlavə olaraq 25 000 dollar əldə edəcək.

UFC

Xəbər lenti