IMG-LOGO

"Turan Tovuz" İngiltərə çempionatında çıxış edən futbolçunu transfer edib

24 Jan 2026 23:31 2 baxış
IMG

"Turan Tovuz" klubu İngiltərə "Aston Villa"sının yetirməsi olan Coş Cinnellini transfer edib.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib. Karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.

Xəbər lenti