IMG-LOGO

Salyanda zəncirvari yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

24 Jan 2026 23:49 2 baxış
IMG

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Report" xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumatında deyilir.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

23:10

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti