Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
salyan qəza piyada