IMG-LOGO

Şirvanda 36 yaşlı kişi bıçaqlandı

24 Jan 2026 21:16 4 baxış
IMG
0 0

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

şirvan bıçaqlanma

Xəbər lenti