IMG-LOGO

Kilsədən qayıdan ana oğlunu öldürdü: “Cənnətə göndərməli idim”

24 Jan 2026 19:02 4 baxış
IMG
7 0

Rusiyanın paytaxtı Moskvada ana 5 yaşlı oğlunu amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, 46 yaşlı Yakutiya əsilli Aleksandra Ş. əvvəlcə uşağın boynuna kəmər keçirərək, onu boğmağa başlayıb. Daha sonra onu vanna otağına aparıb və ölənədək uzun müddət suyun altında saxlayıb. Bundan sonra ana özü təcili yardıma zəng edib, lakin həkimlər uşağı xilas edə bilməyiblər.

Qadının sözlərinə görə, həmin günün səhəri o, kilsəyə gedib və evə qayıdandan sonra “oğlanı cənnətə göndərmək” qərarına gəlib. İlkin məlumata əsasən, qadının psixi pozuntuları var. Onun barəsində azyaşlını qətlə yetirmə maddəsi ilə cinayət işi açılıb.

İş paytaxt prokurorluğu tərəfindən nəzarətə götürülüb.

qatil qadın boğmaq ölüm

Xəbər lenti