IMG-LOGO

Elvin Cəfərquliyev: "UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşdüyüm üçün qürur duyuram"

24 Jan 2026 19:01 4 baxış
IMG

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi komandasına düşdüyü üçün qürur duyur.

Müdafiəçi bu barədə "Report"a açıqlama verib.

Azərbaycan millisinin üzvü rəmzi "11-liy"ə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:

"Bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə, klubuma təşəkkür edirəm. Mənə çox dəstək oldular. UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşmüşənsə, burada çox insanın mənə dəstəyi, köməyi olub. Onların da əziyyəti danılmazdır. Hamısına təşəkkür edirəm. Təbrik edənlərə də minnətdaram. Həftənin rəmzi heyətinə düşdüyüm üçün çox qürurluyam. Əlimdən gələni edəcəyəm ki, yenidən həmin heyətdə olum".

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin VII turunun oyununda Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunu məğlub edib.

Xəbər lenti