IMG-LOGO

"Barselona" almaniyalı futbolçunun transferindən imtina edib

24 Jan 2026 14:19 2 baxış
IMG

İspaniyanın "Barselona" klubu Dortmund "Borussiya"sının (Almaniya) mərkəz müdafiəçisi Niko Şlotterbeki heyətinə qatmaqdan tamamilə imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Klub almaniyalı futbolçunun bir çox faydalı keyfiyyətlərə malik olduğunu qəbul etsə də, baş məşqçi Hans-Diter Flikin oyun sisteminə uyğunlaşmaq üçün kifayət qədər sürətli hesab edilmir. Bu səbəbdən "Barselona" 26 yaşlı müdafiəçi uğrunda digər klublarla mübarizəyə qoşulmayacaq.

Qeyd edək ki, N.Şlotterbek cari mövsümdə bütün turnirlərdə 22 matçda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalına görə, oyunçunun bazar dəyəri 55 milyon avro təşkil edir.

Xəbər lenti