IMG-LOGO

"Mançester Siti"nin keçmiş futbolçusu Premyer Liqaya qayıda bilər

24 Jan 2026 12:39 3 baxış
IMG
18 0

Komandadakı rolundan narazı qalan Alvarez, Londonun ən yaxşı klubları üçün prioritet hədəfə çevrilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Arsenal” və “Çelsi” Xulian Alvareslə maraqlanır. 

Bildirilir ki, London komandaları artıq "Atletiko"nun hücumçusunun agentləri ilə mümkün transfer barədə danışıqlar aparıblar.

Məlumata görə, argentinalı hazırda Madrid klubundakı mövqeyindən narazıdır və getmək istəyir. 

O, "Barselona"ya keçməyi üstün tutur, lakin Kataloniya klubunun yüksək qiymət səbəbindən onu transfer edə bilməsi ehtimalı azdır.

İngiltərə  klublarının maraq dairəsində olan Alvares, Premyer Liqaya qayıtmağa hazırdır, lakin onun hansı London klubuna üstünlük verdiyi hələlik məlum deyil.

 

Xulian Alvares "Atletiko" İspaniya

Xəbər lenti