IMG-LOGO

"Şəfa" heyətini Kosovo klubundan ayrılan futbolçu ilə gücləndirib

24 Jan 2026 12:12 3 baxış
IMG

Azərbaycan I Liqasının iddialı klublarından olan "Şəfa" heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

25 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi "Drenitsa" olub.

Xəbər lenti