İngiltərənin "Vest Hem" klubunun 31 yaşlı argentinalı yarımmüdafiəçisi Gido Rodriges mövsümün sonunda İspaniya La Liqasına yollanacaq.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Təcrübəli futbolçunun yeni iş yeri "Valensiya" olacaq. Rodrigesin Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. "Vest Hem" onun İspaniya klubuna azad agent kimi keçməsinə razılıq verib.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi İngiltərə təmsilçisində 2024-cü ildən çıxış edir. O, cari mövsümdə Premyer Liqada 6 oyun keçirib. "Vest Hem" Premyer Liqanın turnir cədvəlində hazırda 17 xalla 18-ci pillədə qərarlaşıb.