IMG-LOGO

"Valensiya" ispaniyalı müdafiəçinin keçidini rəsmiləşdirib

24 Jan 2026 10:21 2 baxış
IMG

İspaniyanın "Valensiya" klubu La Liqanın digər təmsilçisi "Selta"nın müdafiəçisi Unai Nunyesin keçidini rəsmiləşdirib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 28 yaşlı ispaniyalı futbolçunun 2026-cı ilin yayına qədər icarəsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, U.Nunyes 2025/2026 mövsümünün ilk yarısını icarə əsasında İtaliyanın "Verona" komandasında keçirib. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlərdə 18 matçda meydana çıxıb. Müdafiəçi İspaniya millisinin heyətində 1 oyun keçirib.

Xəbər lenti