IMG-LOGO

Azərbaycanlı FIFA referisinə Avropa çempionatının final mərhələsində növbəti təyinat verilib

24 Jan 2026 10:37 2 baxış
IMG

Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da baş tutacaq.

Qeyd edək ki, H. Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Həmin matçda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.

Xəbər lenti