Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra "Neftçi" 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib - 2:2.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.