"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise yay transfer pəncərəsində PSJ-yə keçə bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, parislilər Münhen təmsilçisi üçün 100 milyon avroluq təklif hazırlayırlar. Lakin qeyd olunur ki, "Bavariya" 24 yaşlı fransız futbolçunu buraxmaq niyyətində deyil və yeni müqavilə üçün danışıqlar aparır.
Olise bu mövsüm bütün yarışlarda 29 oyunda iştirak edib, 13 qol vurub və 21 məhsuldar ötürmə edib. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.
"Transfermarkt" onun dəyərini 130 milyon avro qiymətləndirir.
Maykl Olise "Bavariya" PSJ