Türkiyədə 19 il əvvəl qətl törədən saxlanılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə 2005-ci il noyabrın 22-də Kadıköydə baş verib. Evə sərxoş gələn Ali Özey arvadı Ayşe Özeylə dalaşıb. Bu zaman qadın dayısı Sami Akbulutu köməyə çağırıb. Davam edən münaqişə zamanı Ali Özey arvadını və onun dayısını bıçaqlayıb. Təkcə Sami Akbuluta 22 bıçaq zərbəsi dəyib. Nəticədə kişi dünyasını dəyişib.
Həmin andan etibarən isə Ali Özey yoxa çıxıb. Yalnız bir neçə gün əvvəl onun saxta pasportla Pendik adlanan ərazidə işlədiyi məlum olub və saxlanılıb. Müəyyənləşib ki, cinayətkar hadisədən sonra bir müddət Adanada bir kənddə gizlənib. Daha sonra İstanbula gələrək əmisi oğlunun adına yaradılan saxta sənədlə yaşamağa başlayıb.
Həbs olunan Ali Özey cinayəti namus üçün törətdiyini dilə gətirib.