İngiltərənin "Aston Villa" komandasının baş məşqçisi Unai Emeri UEFA Avropa Liqasında 100 oyuna çıxan ilk mütəxəssis olub.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
54 yaşlı baş məşqçinin yubileyi Türkiyədə "Fənərbağça"ya qalib gəldikləri (1:0) Liqa mərhələsinin oyununa təsadüf edib.
Bundan əlavə, Emeri turnirin ən çox qalibi olan baş məşqçidir. O, üç dəfə İspaniyanın "Sevilya" (2013/2014, 2014/2015 və 2015/2016) və bir dəfə "Vilyarreal" komandası ilə bunu bacarıb.