“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley komandanın Premyer Liqanın XIX turunda "Sabah"la qolsuz bərabərə qaldığı matça təsadüf edib.
“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü "sülh"ə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.
Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi 1 xalı bir qolla qazanıb – 1:1.
Bizim Telegram kanalımıza abunə olun