IMG-LOGO

İngiltərə klubu "Mançester Siti"nin futbolçusunu heyətinə qatmağa hazırlaşır

23 Jan 2026 12:15 3 baxış
IMG

İngiltərənin "Vulverhempton" klubu "Mançester Siti"də çıxış edən Kalvin Fillipsi heyətinə qatmağa hazırlaşır.

"Report" "Goal.com" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi mümkün keçidi qış transfer dönəmi bitməmiş yekunlaşdırmağa çalışır.

30 yaşlı yarımmüdafiəçi cari mövsüm bir matçda iştirak edib. O, həmin qarşılaşmada sonradan meydana daxil olub.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2022-ci ildə "Lids"dən "şəhərlilər"ə keçib.

Xəbər lenti