IMG-LOGO

"Barselona"nın sabiq futbolçusu "Yuventus"a keçə bilər

23 Jan 2026 11:27 2 baxış
IMG

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusu Frank Kessye karyerasını İtaliya təmsilçisi "Yuventus"da davam etdirə bilər.

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün işlərə başlayıb.

Turin komandası ilk olaraq oyunçunun nümayəndələri ilə danışıqlara start verib.

F.Kessyenin klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, Avropaya qayıtmaq variantını da nəzərdə keçirir.

Qeyd edək ki, Fildişi Sahilindən olan futbolçu İtaliyada "Milan", "Atalanta", İspaniyada "Barselona"nın formasını geyinib.

Xəbər lenti