İtaliya A Seriyasının son çempionu "Napoli" "Verona"nın 20 yaşlı braziliyalı müdafiəçisi Jiovane Santananı heyətinə qatır.
"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında bildirib.
Tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və transferin detalları razılaşdırılıb. Neapol klubu bu keçid üçün A Seriyasının digər təmsilçisi "Verona"ya 20 milyon avro təzminat ödəyəcək.
J.Santana İtaliya çempionatının cari mövsümündə meydana çıxdığı 21 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 43 xalla üçüncü pillədə yer alıb. "Verona" isə 14 xalla 20-cidir.