Sverdlovsk vilayətində 38 yaşlı kişi atasını öldürüb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, yanvarın 6-da günorta saatlarında Kaçkanar şəhəri, 10-cu mikrorayonda yerləşən mənzildə sərxoş şəxs valideyni ilə mübahisə edib. O, atasını ayaqları və əlləri ilə döyməyə başlayıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə iş açılıb. Təqsirləndirilən şəxsi 15 ilə qədər həbs gözləyir.