IMG-LOGO

Azərbaycan Premyer Liqasında ilin ilk oyunları bu gün keçiriləcək

23 Jan 2026 09:03 25 baxış
IMG

Misli Premyer Liqasında 2026-cı ilin ilk matçları bu gün keçiriləcək.

"Report"un məlumatına görə, birinci oyun günündə iki görüş təşkil olunacaq.

XVII turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək.

Naxçıvan təmsilçisi 26 xalla 6-cı pillədə qərarlaşıb. "İmişli" 17 xalla 9-cu sıradadır.

Günün ikinci oyununda "Zirə" "Neftçi"nin qonağı olacaq. Bu qarşılaşma saat 19:00-da başlanacaq.

Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar 28 xalla 3-cü yerdədir.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

Xəbər lenti