31 yaşlı komediya ustası Əmiran Gevorkyan Soçidə keçirilən KVN festivalı zamanı davada ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə yanvarın 18-də səhər tezdən baş verib. “Cənubi paytaxt” komandasının keçmiş üzvü Gevorkyan dağıstanlı 32 yaşlı Artur Rəsulovla dava edib.
Dava zamanı Əmiran ağır kəllə-beyin travması alıb. Təcili yardıma zəng edən insanlar həkimlərə bildiriblər ki, kişi sadəcə iki metr hündürlükdən yıxılıb. Lakin sonradan məlum olub ki, o, dava zamanı xəsarət alıb.
Xəstəxanaya çatdırılan KVN işçisinə kəllə sümüyünün və əsasının sınığı, açıq kəllə-beyin travması, ağır beyin əzilməsi, eləcədə epidural hematoma diaqnozu qoyulub. Aldığı xəsarətlər səbəbindən komaya düşən komediya aktyoru iki gün sonra özünə gəlmədən dünyasını dəyişib.
Onun Soçi KVN komandasında oynadığı məlumdur. Lakin bu festivalda o, qonaq kimi iştirak edib.
Məlumata əsasən, Artur Rəsulov axtarışdadır.